Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

Bakıda avtomobil yandı


Sürücünün dediyinə görə, avtomobil alışan kimi onu təmir olunan yerdən yola çıxarıblar

Sürücünün dediyinə görə, avtomobil alışan kimi onu təmir olunan yerdən yola çıxarıblar

Mayın 5-i saat 10 radələrində Bakının Nərimanov prospekti - keçmiş «Sovetski» küçəsindən VAZ21015 markalı avtomobil yanıb.

Avtomobilin sürücüsünün dediyinə görə, yanğın baş verməsində çilingər-qaynaqçı günahkar olub. Belə ki o həmin avtomobilin yanacaq çənində qaynaq işlərinin aparıb və nəticədə avtomobil alışıb.

Sürücünün dediyinə görə, avtomobil alışan kimi onu təmir olunan yerdən yola çıxarıblar və nəticədə yanğın başqa ərazilərə keçməyib. Hadisədə xəsarət alan olmayıb.

Yanğınsöndürənlər əraziyə hadisədən təxminən 20 dəqiqə sonra gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG