Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:55

Praqada Dağlıq Qarabağla bağlı üçlü zirvə


Prezidentlər Gül və Əliyev
Prezidentlər Gül və Əliyev
Mayın 7-8-də Türkiyə prezidenti Abdullah Gül Çex Respublikasının paytaxtı Praqada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. Bu barədə Türkiyənin «Hürriyyət» qəzeti yazır.

Dünən paytaxt Ankara Dağlıq Qarabağ məsələsi ilə bağlı bir gərginlik yaşadı. Xarici İşlər Nazirliyi günə sürprizlə başladı. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov səhər saatlarında Ankaraya gələrək Türkiyənin xarici işlər naziri Davudoğlu ilə görüşdü.

Sürpriz görüşmədən sonra Cankaya köşkü ilə Baş Nazirliyin uyğun qurumları arasında məsləhətləşmələr oldu. Müzakirələrdən sonra Davudoğlunun dəlilləri diqqətə alınaraq Gülün Praqaya getməsi uyğun göründü. Türkiyə nazirlərin toplantısı davam edərkən baş nazir Ərdoğanın mayın 13-də Bakıya, 16-da Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə gedəcəyi xəbərləri gəldi.

Görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ olacaq…

Mayın 7-də Gülün Əliyev və Sarkisyanla üçlü görüşməsi gözlənilir. Diplomatik qaynaqlar Gülün Azərbaycan və Ermənistan dövlət başçıları ilə eyni zamanda görüşü üçün çalışdığını bildirir. Ancaq Gülün prezidentlərlə ayrı-ayrılıqda görüşəcəyi də ehtimal edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG