Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:07
«Baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycana bu səfərində Azərbaycan prezidentiylə hər mövzuda danışacaq». Bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ölkəsinin baş nazirinin Azərbaycana gözlənən səfəriylə bağlı sualın cavabında bildirib.

Onun sözlərinə görə, mayın 13-də Azərbaycana gələcək Ərdoğanın səfəri məhsuldar olacaq. Ancaq hələlik cənab Ərdoğanın Azərbaycanda prezidentdən başqa daha kimlərlə görüşəcəyi müəyyənləşməyib.

Səfir deyir ki, baş nazirin proqrammı üzərində işlənir: «Bu səfər çox uğurlu olacaq. Biz bunu gözləyirik. Dağlıq Qarabağla, digər mövzularla bağlı müzakirələr aparılacaq. Çünki qardaşlar arasında hər şey danışılır».

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmə gəlməsi son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərib. Türkiyə-Ermənistan münasibətlərinə dair «yol xəritəsi» isə artıq müəyyənləşib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG