Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:20

Azərbaycanda jurnalist təşkilatı Hillari Klintona müraciət edib


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı ABŞ-ın Dövlət Katibi Hillari Klintona müraciət edib. Aprelin 4-də göndərilən müraciətdə təşkilat dövlət katibindən xahiş edir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşündə mətbuatın vəziyyətini onun diqqətinə çatdırsın.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov mayın 4-5-də Vaşinqtonda səfərdədir.

RATİ hesab edir ki, Dövlət Katibi Hillari Klinton onunla görüşündə Azərbaycan hökumətinin diqqətinə medianın vəziyyətinə dair aşağıdakı məsələləri çatdıra bilər:

  • “Amerikanın Səsi, “Azadlıq” və BBC Radiolarının FM dalğasında yayımını dərhal bərpa etsin.
  • Qeyri-qanuni həbs edilmiş 4 jurnalist azad olunsun.
  • Böhtan və təhqirə görə cinayət məsuliyyəti ləğv edilsin.
  • Azərbaycanın milli media bazarında xarici yayımçılara qoyulan qadağanı ləğv olunsun.
  • Ikinci İctimai TV yaradılsın.
  • AZTV özəlləşdirilsin.
  • Azərbaycanda TV və radio şirkətləri açmaq üçün daha şəffaf və ədalətli müsabiqələr keçirilsin.
  • KİV-lə və Teleradio yayımı ilə bağlı Azərbaycan Konstitusiyasına edilmiş və mətbuat azadlığını daha da məhdudlaşdıran dəyişiklikləri ləğv olunsun.

Azərbaycan medianın vəziyyətinə ABŞ Dövlət Departamentinin illik hesabatlarında tənqid edilir.

Mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günündə ABŞ prezidenti Barak Obama da Azərbaycanı jurnalistləri həbsdə saxlayan ölkə adlandırıb.
XS
SM
MD
LG