Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:42

Müxalifət yolları bağlamağa hazırlaşır


Gürcüstan müxalifəti paytaxt Tbilisiyə gedən üç əsas yolu mayın 5-də bağlamağa hazırlaşır. Müxalifətin bu gün yayılan bəyanatında belə deyilir. Sənəddə bildirilir ki, əgər prezident Mixeil Saakaşvili mayın 11-ə qədər istefa verməsə yollar müddətsiz olaraq bağlı qalacaq.

Gürcüstan müxalifəti bundan əvvəl də bir neçə gün Tbilisidə prezidentin istefası tələbilə mitinqlər keçirib. Müxalifət prezidenti əsasən ötən ilin avqustunda Rusiya ilə qısamüddətli müharibəyə və demokratiyadan geri çəkilməkdə ittiham edir.

Mixeil Saakşvili ittihamlar əsassız adlandıraraq istefa vermək fikrində olmadığını deyir.
XS
SM
MD
LG