Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:05

İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib


İlham Əliyev eks-prezidentin adını daşıyan yeni mədəniyyət və istirahət parkı ilə tanış olub.
İlham Əliyev eks-prezidentin adını daşıyan yeni mədəniyyət və istirahət parkı ilə tanış olub.
Prezident İlham Əliyev mayın 4-də Bakının Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib, eks-prezidentin adını daşıyan mədəniyyət və istirahət parkı və rayon icra hakimiyyətinin yeni binası ilə tanış olub.

Bu haqda AzerTAc məlumat yayıb:

Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov prezidentə məlumat verərək bildirib ki, Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binası eks-prezidentin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilib. Binanın hər mərtəbəsinin sahəsi 360 kvadratmetrdir.

Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə onun həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.

Heydər Əliyev adına parkın ərazisi 4 hektardır və onun 3 hektara qədəri yaşıllaşdırılıb
Dövlət başçısı mərkəzlə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.

Sonra İlham Əliyev eks-prezidentin adını daşıyan yeni mədəniyyət və istirahət parkı ilə tanış olub.

Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev adına parkın ərazisi 4 hektardır və onun 3 hektara qədəri yaşıllaşdırılıb. Burada 15 min müxtəlif ağac və gül kolları əkilib, bütün ərazi yaşıl çəmənlə örtülüb, əyləncə, ən müasir tələblərə cavab verən idman-trenajor qurğuları, kölgəliklər quraşdırılıb, uşaq meydançası və qumluq sahə düzəldilib. Parkda müxtəlif formalı 100-ə qədər oturacaq, ən müasir işıqlandırma sistemi quraşdırılıb, musiqili fəvvarələr və «Su teatrı» yaradılıb. Fəvvarələrin ətrafında amfiteatrı olan meydanda təqribən 3 min nəfərin iştirak edə biləcəyi kütləvi tədbirlər keçiriləcək.

Dövlətimizin başçısı daha sonra Suraxanı rayon İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG