Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:18

Valideynlər də aclığa qoşuldular


23 gündür aclıq edən Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələrinin aksiyasına iyunun 23-dən valideynləri də qoşulur. Onlar gündüzlər Universitet binasında olsalar da, gecələr aksiyanı evdə davam etdirəcəklər.


Tələbə Komitəsinin iyunun 23-də keçirilən mətbuat konfransında bu da məlum olub ki, tələbələr universitetin təsisçisi Abbas Mustafayevi məhkəməyə verməyi düşünürlər.


Təhsil Nazirliyinin qərarı ilə üçüncü və dördüncü kurs tələbələri təhsillərini dörd başqa ali məktəbdə davam etdirəcəklər. Nazirlik bu barədə iyulun 10-dan sonra açıqlama verəcək. Bundan başqa, ali məktəbə qanunsuz qəbul olunmuş 370 nəfər ikinci kurs tələbəsindən yalnız 36 nəfəri başqa ali məktəbə keçirilə biləcək.


Mətbuat konfransında iştirak edən ABŞ Hüquqşünaslar Assosiasiyasının təmsilçisi Robert Aysman bildirib ki, ikinci kurs tələbələri MAU-ya qanunsuz qəbul olunduqlarından Təhsil Nazirliyi onları başqa ali məktəbə köçürə bilməz.


Aclıq aksiyası keçirənlər isə ikinci kurs tələbələrinin də problemi həll olunanadək aksiyanı davam etdirəcəklərini deyirlər.


Qanunsuz tələbə qəbuluna görə Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv edib. Başqa ali məktəbə köçürülmələrini tələb edən tələbələr isə mayın əvvəlindən aclıq aksiyasına başlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG