Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Akademiyaya basqınla bağlı 2 nəfər həbs olunub


Aparılan istintaq tədbirləri güllələrin yalnız bir tapançadan açıldığını sübuta yetirib
Aparılan istintaq tədbirləri güllələrin yalnız bir tapançadan açıldığını sübuta yetirib
Aprelin 30-da Neft Akademiyasına silahlı basqınla bağlı iki nəfər həbs olunub. Nadir Əliyev və Cavidan Amirov.

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Prokurorluğunun birgə məlumatında belə deyilir. Məlumatda bildirilir ki, Fərda Qədirovun yaşadığı mənzilə baxış keçirilən zaman onun evində patronlar, üzərində canavar şəkli olan qara rəngli maska və istifadə olunmuş rezin tibb əlcəkləri tapılıb.

Məlumatda deyilir ki, istintaq Nadir Əliyevin cinayətin törədilməsində həmkəndlisi Fərda Qədirovun köməkçisi kimi iştirak edib. Fərda Qədirovun bir qohumu, Gürcüstanın Marneuli rayonunun Şulaveri qəsəbəsinin sakini Cavidan Amirov da istintaqa cəlb olunub. Aparılan əməliyyat zamanı Cavidan Amirovun mənzilindən «AKM» avtomatına və «Makarov» tapançasına aid 12 ədəd patron aşkar olunub. Onun Neft Akademiyasında baş verən cinayətdə əli olub-olmadığıyla bağlı istintaq tədbirləri davam edir.

DİN-in və Respublika Prokurorluğunun məlumatında bildirilir ki, aparılan istintaq tədbirləri güllələrin yalnız bir tapançadan açıldığını və Fərda Qədirovun öz tapançasıyla özünü öldürməsini sübuta yetirib.

Məlumatda Fərda Qədirovun atəş açdığı silahla general Rail Rzayevin öldurülməsiylə bağlı mətbuatda yazılanlara münasibət bildirilib. Rəsmi güc strukturları bu versiyanın öz sübutunu tapmadığını bildirir.

İstintaqda 300 nəfər şahid qismində dindirilib. Hadisəni mobil telefona çəkənlər dindirilib və onlardan həmin lentlər alınıb.

Birgə məlumatda deyilir ki, Fərda Qədirovun mənzili kirayə götürdüyü Ariz və Arif Qabulov qardaşlarının baş vermiş cinayətlə əlaqəsinin olub-olmaması ilə bağlı istintaq hərəkətləri davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG