Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:55

«Avropa Birliyinin şərq diplomatiyasını geyindirmək lazımdır»


2007-ci il Polşa və İsveç tərəfindən təşəbbüs kimi irəli sürülən Şərq tərəfdaşlığı proqramı Ermənistan, Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ukraynanı əhatə edir.

2007-ci il Polşa və İsveç tərəfindən təşəbbüs kimi irəli sürülən Şərq tərəfdaşlığı proqramı Ermənistan, Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ukraynanı əhatə edir.

«İnkişaf etmiş və demokratik bir cəmiyyət kimi Avropa Birliyinin malik olduğu ən böyük qüvvələrdən biri öz qonşuluğunda siyasi və iqtisadi sabitlik yaratmaqdır. Avropa Birliyi mayın 7-i qurumun şərq sərhədləri və Rusiya arasında yerləşən 6 keçmiş sovet ölkəsi ilə əlaqələri düzəltmək məqsədi daşıyan Şərq Tərəfdaşlığı proqramına başlayanda onun bu qüvvəsi sınaqdan keçiriləcək».

«Financial Times»də dərc olunmuş Toni Baberin «Avropa Birliyinin şərq diplomatiyasını «geyindirmək» lazımdır» adlı yazısında belə deyilir.

Yazıda bildirilir ki, 2007-ci il Polşa və İsveç tərəfindən təşəbbüs kimi irəli sürülən Şərq tərəfdaşlığı proqramı Ermənistan, Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ukraynanı əhatə edir. Bu proqram Avropa Birliyinin Avropa Qonşuluq siyasəti proqramının inkişaf etdirilməsinə xidmət edir. Yazının müəllifinə görə, 2004-cü ilə aid olan Avropa Qonşuluq siyasəti Şərqi Avropa qonşuluğunu Liviya, Suriya və Fələstin hökuməti ilə bir qrupda birləşdirən mənasız bir layihə idi.

Toni Barberin bildirir ki, Şərq tərəfdaşlığı öz səfərinə başlamaq ərəfəsində olan bir tərəfdən o biri tərəfə yellənən bir yelkəndir və Belarus və Moldova prezidentlərinin qardaşcasına proqramın Praqada keçiriləcək sammitinə qatılacaqları da elə də gözlənilən məsələ deyil.

Yazıda deyilir ki, Rusiya isə başqa bir problem yaradır. Şərq tərəfdaşlığına daxil olan 6 ölkənin hamısı 20-ci əsr boyu Kremlin hakimiyyəti altında olublar. 1991-ci il Sovet İttifaqı dağılandan sonra isə Moskvada xarici siyasət təhlilçiləri keçmiş ittifaq ərazisini yaxın xaric adlandırdılar. Vladimir Putin və Dmitri Medvedevin hakimiyyəti dövründə isə bu ərazilər üstünlük verilən təsir sferası termini altına keçdi.

Narahatlıq yaradan daha bir məsələ isə bu 6 ölkəyə nə təklif edilməsidir. Bu pul deyil. İndiki təklifə görə Avropa Birliyi regiona 2010-2013-cü illər üçün 600 milyon yevro yardım ayırıb. Əvvəlcə təklif olunan məbləğ isə 250 milyon yevro idi.

Müəllif deyir ki, Avropa Birliyi Beynəlxalq Valyuta Fondu vasitəsilə Ermənistan, Belarus və Ukraynaya beynəlxalq maliyyə böhranından çıxmaq üçün təcili borclar verir. Borc alanlar nöqteyi-nəzərindən isə belə bir fikir özünə yer alır ki, fəaliyyətin getdiyi yer Şərq tərəfdaşlığı proqramı yox, Beynəlxalq Valyuta Fondudur.

Politoloq İlqar Məmmədov deyir ki, tərəfdaşlıq proqramı Azərbaycan üçün çox faydalı bir proqramdır. Əvvəlcə biz sadəcə Avropa qonşuluq siyasətində iştirak edirdik. İndi isə şərq tərəfdaşlığı proqramı mövcuddur.

Məqsəd ondan ibarət ibarətdir ki, Avropa perspektivi, Avropa üzvilik perspektivi hətta nəzəri baxımdan mövcud olan ölkələrlə ayrıca dialoq qurmaqdır. Budur əsas məqsəd. ŞT proqramı yalnız o ölkələri əhatə edir ki, onlar prinsipcə Avropa Birliyinə üzv ola bilərlər.

Yazıda qeyd olunur ki, bu altı ölkədə Avropa Birliyinin imicinə xələl gətirən qurumun səfər siyasətidir. Londonda yerləşən Avropa islahatları mərkəzinin təhlilçisi Tomas Valasek bunu bahalı və çox mürəkkəb ərizə prosesi adlandırır. Halbuki Avropa Komissiyası keçən ilin dekabrında təklif etmişdi ki, Avropa Birliyi ölkələri viza tələblərini yığışdırmalıdırlar. Avropa Birliyi liderləri isə viza olmadan səyahət etmə məsələsini martda keçirilən sammitə təxirə saldılar. Onlar bunu çox mənasız bir təklif ilə-viza prosedurlarının sadələşdirilməsi təklifi ilə əvəz etdilər.

Almaniya və digər ölkələr hesab edirlər ki, Ukrayna və Moldova vizasız səfərlərdən fahişəliyin genişlənməsi, narkotik alveri və qanunsuz miqrasiya üçün istifadə edəcəklər. Bu isə Belarusu küsdürdü. Belarus düşünür ki, o qanunsuz miqrasiya problemini həll edib. Belarusun daxili işlər naziri Serqey Martinov həmin an bildirdi ki, bu problem bizə aid deyil.

Müəllif deyir ki, bu proqramın daha bir zəifliyi də odur ki, o heç bir vəd vermir-hətta qeyri-müəyyən olsa belə. Heç olmasa demir ki, bu 6 dövlət nə vaxtsa Avropa Birliyinə üzv olacaq.

«Financial Times»də dərc olunmuş Toni Baberin «Avropa Birliyinin şərq diplomatiyasını geyindirmək lazımdır» adlı yazısında belə deyilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG