Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:10

ANS Vergilər Nazirliyini məhkəməyə verməyə hazırlaşır


ANS Şirkətlər Qrupu Vergilər Nazirliyini məhkəməyə verməyə hazırlaşır. Səbəb qrupun vergi orqanlarının «ANS Commers» şirkətində apardığı yoxlamanın nəticəsi ilə razılaşmamasıdır. ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədovun sözlərinə görə, nazirliyin əməkdaşları onlara təxminən 30 min dollar məbləğində cərimə təyin edib: «Üç il yarım üçün bu böyük məbləğ deyil. Amma biz 10 min dollar ödəməyə hazırıq. Onlar da deyir ki, razılaşmırsızsa, məhkəməyə müraciət edin. Biz də artıq sənədləri hazırlayırıq».


Ötən şənbə vergi orqanlarının əməkdaşları məhkəmənin qərarı ilə «ANS Commers» şirkətinin son dörd ilə aid mühasibat sənədlərini özləriylə aparmışdılar. Bu da şirkətdə narahatlıqla qarşılanmışdı.


ANS Şirkətlər Qrupunun başqa strukturlarında iyunun 14-dən başlanan yoxlamalar isə hələlik davam edir. Verilən xəbərə görə, onların başa çatmasına 10-15 gün vaxt lazımıdır.


Vergilər Nazirliyindənsə, bütün yoxlamalar başa çatdıqdan sonra təfsilatlı məlumat verəcəklərini bildirdilər.


XS
SM
MD
LG