Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:21

Dünya Səhiyyə Təşkilatı rahatlanmamağa çağırır


Dünya Səhiyyə Təşkilatı dövlətləri donuz qripinə qarşı tədbirlərini azaltmamağa çağırıb.

Təşkilatın bu xəbərdarlığı Meksikanın qrip epidemiyasının azalması barədə verdiyi məlumatdan sonra yayıb.

Bundan əvvəl Meksikanın Səhiyyə naziri bildirmişdi ki, epidemiya azalmağa doğru gedir. Ona görə də hökumət ictimai yerlərdə işin bərpasına qərar verib.

Amma donuz, quş və insan qripinin qarşığı olan bu virus dünyanın müxtəlif ölkələrində - o cümlədən də Cənubi Afrikada müşahidə edilməkdədir.

Dünya Səhiyyə Təşkilatının rəhbəri bildirir ki, epidemiyanın azalması hələ təhlükənin tam aradan qalxması demək deyil. O, Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində qeyd edir ki, virus bu ilin sonunda ikinci dəfə yayıla bilər.

Dünya Səhiyyə Təşkilatı yeni virusu dünyanın 20 ölkəsində min nəfərə yaxın adamda aşkar edib. İndiyə qədər 26 adamın həmin virusdan dünyasını dəyişdiyi təsdiqlənib.
XS
SM
MD
LG