Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:48

«Mən hələ həyatın nə olduğunu dərk etməmişəm»


Nurəddin Mehdixanlı
Nurəddin Mehdixanlı
«Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin qonağı xalq artisti Nurəddin Mehdixanlıdır.
O 1956-cı ildə Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Milli Dram Teatrında çalışır. Azərbaycanın Xalq artistidir.

… - Mən gündüzün hər şeyini sevirəm. İşıq olmayan yerdə uzun müddət həyat ola bilməz. Axşam günəşin qürub eləməsində bir ölüm var. Bu daha çox tənha adamlar üçün bir az üzücüdür. Onlar istəmirlər ki, axşam gəlsin, onlar təbiətdən, rəngarənglikdən, ən azı bu insanlarda ayrılmasınlar, gedib otağının bir köşəsinə sığınıb tənhalıqda qalmasınlar.

-Niyə tənhasınız, nə sizi tənha elədi?

-Hər halda dünyanı istədiyin kimi görməyəndə, insanların nəfslərinin qulu olduğunu görəndə onlardan uzaqlaşırsan və təbiətə sığınırsan. Açığını deyim ki, mən insanlardan daha çox, dənizi xoşlayıram, təbiəti sevirəm. Mən dənizlə oturub söhbət edə bilərəm. Bir canavarla üzbəüz dayanıb ona sözümü deyərəm və o məni anlayar. Amma bəzən elələri var ki, onlar insan olduqlarını anlamırlar. Bu kimi şeyləri görəndə sən insanlardan aralanırsan və öz dünyan var ki, sən orada yaşayırsan, istəmirsən o ləkələnsin, çirklənsin. Yəqin ona görə bəzi insanlar tənhalığa çəkilir.

-«Axşam qürubunda bir ölüm var» – dediniz. Qorxursunuzmu ölümdən?


-Həyatın nə olduğunu dərk edən insan ölümdən qorxmaz. Təbii ki, qorxu var. Bu ondan irəli gəlir ki, mən hələ həyatın nə olduğunu dərk etməmişəm. Yəqin ki, bu belədir. İnsan onu anlayanda çox rahatlıqla bu dünyadan ayrılır. Yəni, o insanların ki, ruhu nəfsinin əsiri deyil, onlar bu dünyadan çox rahatlıqla ayrılırlar.

-Ailəniz çoxuşaqlı olub. Necə dolanırdınız?

-Çox rahat. Anam 17 uşaq böyüdüb. Atam onları böyütməklə yanaşı tərbiyə verib. Mən bunun sirrini bilirəm.

-Nədi o?

-Əvvəla, dünyaya insan gəlməmişdən qabaq onun ruzisini Allah bu dünyada vermiş olur. İkincisi, sən əgər bir millət kimi bu dünyada yaşamaq, var olmaq istəyirsənsə, nəslinin artmasına çalışmalısan.
«Tanınmışlar»ın aparıcısı İlqar Rəsul və Nurəddin Mehdixanlı
Üçüncüsü, mən gözümü açan gündən evdə bir nizam, qayda-qanun, böyük-kiçik yeri gördüm.

-Kimdi Mehdixanlılar?

-Mehdixanlılar türk dünyasının tarixində çox böyük xidməti olan türkün əfşar qolunun övladlarıdırlar. Biz ulu babamız Qulu bəy əfşardan bərini tanıyırıq. Şəcərəmiz məlumdur.

Onu da deyim ki, sovetləşmə dövründə bizim nəslimizin başı çox bəlalar çəkib. Kişi tayfasının 70 faizini qırıblar, sürgünlərə göndəriblər. Bəlkə də ondan irəli gələn çox şeylər var ki, mənim sonra dünyaya baxışımı dəyişdi.

-Əfşarların Mehdixanlı qolunun yetirməsi sonra gəldi Qacarlardan olan Cavad xanı oynadı. Bu şəcərə məsələsi kömək edirdi?


-Təbii. Qacar boyu mənə çox doğmadı. Və bilirsiniz ki, Cavad xan da Qacardır. Çar Rusiyası dövründə də, sovet dönəmində də Cavad xan qadağan olunmuş mövzu idi. Nə yaxşı ki, Azərbaycan müstəqilliyini qazandı. Və Azərbaycanın dövlətçilik tarixində çox böyük xidməti olan Heydər Əliyev Cavad xanın qəbrini bərpa elətdirdi. Və bugünkü prezident cənab İlham Əliyev onun qəbrinin üstündə məqbərə tikdirdi, Cavad xan filminin çəkilməsini dövlət tərəfindən maliyyələşdirdi. Nəhayət mən gəldim o yerə çatdım ki, filmdə Cavad xan obrazı mənə tapşırıldı...

Müsahibəni tam şəkildə dinləyin.

Buna da bax:

XS
SM
MD
LG