Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:53

Artıq hər kəsin nə qədər pensiya ala biləcəyini hesablamaq imkanı var


Artıq hər bir vergiödəyicisinin nə qədər pensiya ala biləcəyini hesablamaq imkanı var. Dövlət Sosial Müdafiə Fondu pensiya sisteminin elektronlaşdırılması prosesini başa çatdırıb. Fondun sədri Səlim Müslümovun sözlərinə görə, bu məlumatlar onların rəsmi veb saytına yerləşdiriləcək və hər bir kəs öz sığorta şəhadətnaməsinin nömrəsini uyğun yerə yazmaqla hesabına toplanmış məbləğdən xəbər tuta biləcək.

S.Müslümov deyir ki, bu layihə BMT-nin dəstəyilə həyata keçirilib və bütün məlumatların elektron bazası yaradılıb.

S.Müslümovun sözlərinə görə, bu sistem nəticəsində yerli sosial müdafiə fondlarıyla da çevik rabitə imkanları yaranıb və elektron şəbəkə qurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG