Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Dehlidən Londona uçan təyyarə Bakıda məcburi eniş edib


Təyyarə mayın 4-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:32-də Azərbaycan paytaxtından Londona uçub

Təyyarə mayın 4-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:32-də Azərbaycan paytaxtından Londona uçub

Dehli-London marşrutu ilə uçan «Boeing-777» təyyarəsi Azərbaycan paytaxtına məcburi eniş edib

Mayın 3-də Dehlidən (Hindistan) Londona (Böyük Britaniya) uçan «Boeing-777-300 ER» sərnişin təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Bu barədə «APA»ya «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

M.Səfərlinin sözlərinə görə, mayın 3-də saat 17:21-də Hindistanın «Jet AirWays» aviaşirkətinə məxsus təyyarə Bakıda məcburi eniş həyata keçirib:

«Buna səbəb təyyarənin yük bölməsində yanğının baş vermə təhlükəsi olub. Bakı limanında enən avialaynerdən bütün sərnişinlər düşürdülüb və aeroportda xüsusi zonada yerləşdirilib».

AZAL-ın xidmət rəisi onu da bildirib ki, təyyarədə mövcud olan problem aradan qaldırılandan sonra, «Boeing-777-300 ER» avialayneri mayın 4-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:32-də Azərbaycan paytaxtından Londona uçub.

Günün bütün mövzuları

XS
SM
MD
LG