Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:19

«Sabiri məsələsinə yenidən baxılacaq»


İranın Xarici İşlər naziri Manuçöhr Mottəki Tehranda səfərdə olan Yaponiyanın Xarici İşlər naziri Hirofumu Nakasoya deyib ki, həbsdə olan İran əsilli Amerika jurnalisti Roksana Sabiri məsələsinə yenidən baxılacaq. Mottəki söz verib ki, Sabiri məsələsi «ədalətlə» nəzərdən keçiriləcək.

O, bu haqda mayın 3-ü ölkədə səfərdə olan Yaponiya Xarici İşlər naziri ilə birgə keçirdiyi konfransda deyib.

Yaponiyanın Xarici İşlər naziri Hirofumu Nakason İrana mayın 3-ü səfər edib. Səfərin məqsədi siyasi və iqtisadi danışıqlar aparmaq idi. Səfər zamanı Yaponiya xarici işlər naziri bildirib ki, onun ölkəsi Sabiri məsələsini narahatlıqla izləyib.

Roksana Sabiri Amerikaya casusluq etməkdə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib. Sabirinin atası İranlı, anası isə yapondur.


XS
SM
MD
LG