Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:15

Əfqanıstanda 5 dinc sakin öldürülüb


Əfqanıstandan verilən məlumata görə Herat əyalətində İtaliya hərbiçiləri içərisində sərnişinlər olan avtomobilə atəş açıblar. Nəticədə avtomobildə olan bir uşaq ölüb, iki sərnişin isə yaralanıb.

Əfqanıstandakı İtaliya kontinqentinin sözçüsü isə bildirib ki, avtomobilin sürücüsü gənc qız çox sürətlə onu idarə edib və xəbərdarlıq siqnalına məhəl qoymayıb.

Helmand əyalətində isə ikisi uşaq olan dörd dinc sakin ölüb. Daha yeddi nəfərin də yaralanması ilə nəticələnən hadisə motosiklə bərkidilmiş bombanın partlaması nəticəsində baş verib.
XS
SM
MD
LG