Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:17

«Məni az tənqid edirlər, hiss edirəm ki, sözlərimə hörmətlə yanaşırlar»


Eldar Namazov, 22 aprel 2003

Eldar Namazov, 22 aprel 2003

«Tanınmışlar»da budəfəki həmsöhbət Azərbaycancanın ictimai-siyasi fikir müstəvisində demək olar ki, hamı tərəfindən normal qəbul edilə bilən adamdır. Ona qarşı nə iqtidar, nə də müxalifət düşərgəsindən hər hansı açıq narazılıq hiss olunmur. O, 1990-cı illərin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olub. 90-cı illərin sonlarına qədər mərhum prezident Heydər Əliyevin komandasında prezident katibliyinin rəisi işləyib. 6 il bu vəzifədə çalışdıqdan sonra 1999-cu ildə Dağlıq Qarabağ probleminin çözüləcəyi güman edilən ATƏT-in İstanbul sammiti ərəfəsində vəzifəsindən istefa verib.


Elmi ad almaq üçün dissertasiyasını Sankt-Peterburqda müdafiə edib. Bir müddət Moskvada işləyib. 32 yaşında Azərbaycan Milli Elmlər Akademiyasında şöbə müdiri olub. Azərbaycanda ilk dəfə olaraq politologiya şöbəsini yaradıb. Hazırda Azərbaycan Naminə İctimai Forumun prezidentidir.


Sovetlər dövründə olduğu kimi indi də orta təbəqənin adamı olaraq qaldığını deyir. Pul və şöhrət dalınca gedənlərdən olmadığını bildirir. Azərbaycanda normal islahatların aparılacağı, vəziyyətin yaxşılaşacağı təqdirdə böyük siyasətdən gedəcəyini istisna etmir. Ancaq hələ ki o, böyük siyasətdədir və kütləvi informasiya vasitələrinin ən çox müraciət etdiyi adamlardandır. Beləliklə, həmsöhbətimiz politoloq Eldar Namazovdur.


Bu il dekabrın 23-də 50 yaşı tamam olacaq Eldar Namazov siyasətlə məşğul olmağa məcbur olduğunu bildirir. AXC hakimiyyətində təmsil olunan şəxslərin siyasi təcrübəsinin az olduğunu deyir: «Saatlarla səninlə diskussiya edirdilər, ancaq onları nəyəsə inandırmaq çox çətin idi. Elə təəssürat yaranırdı ki, ayrı-ayrı dillərdə danışırsan. Onlarda romantizm var idi».


Cənab Namazov prosesləri təhlil edərək bu qənaətə gəlib ki, Xalq Cəbhəsi hakimiyyətində həddindən çox romantizm, inqilabçılıq var idisə, Heydər Əliyev hakimiyyəti qurulanda onun komandasının xüsusiyyətləri tam əksinə idi.


Heydər Əliyevlə aralarındakı fikir ayrılığı ilk dəfə 1997-ci ildən sonra başlayıb. Söyləyir ki, ölkədə sabitlik bərqərar olandan sonra siyasi sistemdə köklü islahatlar aparılmadığından fikir ayrılığı daha da güclənib.


İstefa verəndən sonra şəxsi həyatında heç nə itirmədiyini deyir. «6 il prezidentin sağ əli oldum. Heç kəs deyə bilməz ki, Eldar Namazovun hansısa şəxsi obyekti var və s.»


«Məni az tənqid edirlər, hiss edirəm ki, sözlərimə hörmətlə yanaşırlar». Eldar Namazov söyləyir ki, heç vaxt bilərəkdən səhv adım atmamışam. «Məni həmişə daha çox narahat edən bir məsələ olub birdən mən elə bir səhv adım ataram ki, bizim cəmiyyətimiz və ya hansısa insanlar bundan əziyyət çəkərlər».


DİNLƏYİN!
XS
SM
MD
LG