Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:17

Avropa Azərbaycanlıları Konqresinin oktyabrda növbəti hesabat-seçki konfransı keçiriləcək


Avropa Azərbaycanlıları Konqresi, təsis protokolunun imzalanma mərasimi, Berlin, 17 aprel 2004
Avropa Azərbaycanlıları Konqresi, təsis protokolunun imzalanma mərasimi, Berlin, 17 aprel 2004
Xaricdə yaşayan azərbaycanlılardan, onların problemlərindən və nailiyyətlərindən, xaricdə təhsil alan azərbaycanlılardan və diasporun təşkilatlanmasından bəhs edən «Qlobus» bu dəfə Avropa Azərbaycanlıları Konqresindən xəbər verir.

Avropa Azərbaycanlıları Konqresi 2004-cü ilin aprel ayında Berlin şəhərində Avropadakı Azərbaycan icmalarının fəaliyyətini koordinasiya eləmək məqsədilə yaranıb. Konqres öz tərkibində 59 Azərbaycan dərnəyini birləşdirir. Bu yaxınlarda Antalyada keçirilən Dünya Azərbaycanlı Ziyalılarının forumu çərçivəsində Konqresin toplantısı olub. Toplantıda Avropa Azərbaycanlıları konqresinin ötən dövrdəki fəaliyyəti və gələcək planları müzakirə edilib, oktyabrda Konqresin növbəti hesabat-seçki konfransının keçirilməsi ilə bağlı qərar qəbul olunub. Amma Konqresin qarşısında durduğu vəzifələrin öhdəsindən gələ bilməsi və


Azərbaycan diasporunun təşkilatlanmasında oynadığı rolu birmənalı qarşılanmır.


Konqresin prezidenti Bahəddin Qaya deyir ki, Avropa Azərbaycanlıları konqresin əsas məqsədi Avropada fəaliyyət göstərən dərnəklərin ortaq çalışmalarına və onların birliklərinə nail olmaqdır. Cənab Qayanın sözlərinə görə, iki il ərzində bu istiqamətdə böyük uğurlar olub və konqresin fəaliyyət dərnək rəhbərləri və üzvləri tərəfindən dəstəklənib.


Amma Avropadakı bəzi dərnəklər bu fikirlə razı deyillər. İsveçrədəki Azərbaycan Türkləri Kültür Dərnəyi Konqresdə təmsil olunmur. Dərnəyin sədri Elçin Cəfərov siyasi mühacirdir, deyir ki, Konqresə dəvət alsa da, onun işində iştirak etməkdən imtina edib, konqresin fəaliyyəti barədə isə heç bir məlumatı yoxdur.


Azərbaycan-Çex cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Elşən Nəzərov Konqresin fəaliyyətini qənaətbəxş hesab etmir. Bunun səbəbini isə dediyi kimi obyektiv və subyektiv amillərlə bağlayır. Amma Elşən Nəzərov belə qurumun olmasını vacib sayır.


DİNLƏYİN!


XS
SM
MD
LG