Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:08
Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı iş üzrə şübhəli şəxs qismində saxlanılmış Nadir Əliyevə qarşı ittiham irəli sürüb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov «Azadlıq» radiosuna bildirib ki, bu barədə yeni məlumatlar sabah açıqlanacaq.

Qeyd edək ki, mayın 1-də şübhəli şəxs qismində saxlanılmış 1984-cü il təvəllüdlü N.Əliyev cinayəti törətmiş Fərda Qədirovun həmkəndlisidir.

Aprelin 30-da səhər tapança ilə silahlanmış şəxsin ADNA-nın korpuslarından birinin binasında törətdiyi atışma nəticəsində 12 nəfər öldürülüb, müxtəlif dərəcəli xəsarətlər almış daha 9 nəfər isə xəstəxanadadır. Hücum edən şəxs özünü güllələyib.

Onun üzərindən Gürcüstan vətəndaşı olan Marneuli rayonunun Daştəpə kəndinin sakini Fərda Qədirovun adına olan sənədlər tapılıb.

Daha sonra istintaq, həmçinin meyitin göstərildiyi atası Əsəd Qədirov bu şəxsin Fərda Qədirov olduğunu təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG