Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:11

"Şərq": "MŞ-nın təklifləri mətbuat azadlığının məhdudlaşdırılmasına yönəlib"


“Şərq” qəzetinin əməkdaşı Mətbuat Şurasının (MŞ) öz səlahiyyətlərini artırmaq məqsədilə hazırladığı təkliflər paketinə qə­ləm əh­li­nin mü­na­si­bə­tini araşdırıb. Be­lə ki, apa­rı­cı qə­zet re­dak­tor­la­rı və jur­na­list təş­ki­lat­la­rı nü­ma­yən­də­lə­rinin fikrincə,­ Şuranın etdiyi təkliflər mət­bu­at azad­lı­ğı­nın məh­dud­laş­dı­rıl­ma­sı­na yö­nə­lib. “Ye­ni Mü­sa­vat” qə­ze­ti­nin baş re­dak­to­ru Ra­uf Ari­foğ­lu Mət­bu­at Şu­ra­sı­nın büd­cə­si­nin qə­zet cə­ri­mə­lə­ri he­sa­bı­na for­ma­laş­dı­rıl­ma­sı­nın da əley­hi­nə­ olduğunu bildirib. “İs­tə­ni­lən hal­da han­sı­sa qa­nun qə­bul edib, qə­zet­lə­ri təz­yiq al­tın­da sax­la­maq ki, si­zin fəa­liy­yə­ti­niz da­yan­dı­rı­la bi­lər, bu, müs­bət de­yil, mən­fi nə­ti­cə ve­rə­cək» - bu fikir isə, Or­ta Asi­ya və Gü­ney Qaf­qaz Söz Azad­lı­ğı Şə­bə­kə­si­nin səd­ri Azər Həs­rətə aiddir.


“Bakı-Xəbər” qəzeti yazır ki, Ru­si­ya­nın “Qa­ze­ta SNQ” elektron mət­bu or­qa­nı­nın mə­lu­ma­tı­na gö­rə, “Mao Tsze­dun adı­na Türk Kom­mu­nist Par­ti­ya­sı­nın Azad­lıq Or­du­su” ad­lı qi­yam­çı qrup kürd ter­ror­çu­la­rı ilə bir­lə­şə­rək, Ba­kı nef­ti­nin Cey­han is­ti­qa­mə­tin­də nəq­li­nin qar­şı­sı­nı al­ma­ğa ça­lı­şır. Sö­zü­ge­dən qi­yam­çı qrup PKK tə­rəf­dar­la­rı ilə bir­lik­də Tür­ki­yə­nin Tun­ce­li vi­la­yə­tin­də ar­tıq si­lah­lı mü­ba­ri­zə­yə baş­la­yıb. On­la­ra və PKK-ya qar­şı Tür­ki­yə 10 min­ əs­gə­ri qüv­və cəlb edib. Bü­töv­lük­də isə, “Mao Tsze­dun adı­na Türk Kom­mu­nist Par­ti­ya­sı­nın Azad­lıq Or­du­su”nun var­lı­ğı PKK-ya qar­şı apa­rı­lan əmə­liy­yat­lar za­ma­nı mü­əy­yən olu­nub. Ru­si­ya­nın adı­çə­ki­lən mət­bu or­qa­nı­nın mə­lu­ma­tı­na gö­rə, PKK-çı­lar­la adı­çə­ki­lən qi­yam­çı qru­pun si­lah­lı mü­ba­ri­zə­si ak­tiv­lə­şə­cə­yi hal­da, Xə­zər nef­ti­nin Cey­han is­ti­qa­mə­tin­də nəq­li­nin həc­mi 1/4 qə­dər aza­la­caq.


Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının baş komandanının müavini, general-leytenent Sergey Topçi “Ayna” qəzetinə müsahibəsində bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsinin tərəfdarıdır. Cənab Topçi iddia edir ki, Azərbaycan və Ermənistan arasında ərazi mübahisələrinin dinc yolla tənzimlənməsi üçün Rusiya zəruri olanları edir.


XS
SM
MD
LG