Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:04

Dağlıq Qarabağ danışıqlarına Minsk qrupu vasitəçilik edir



"İşğal olunmuş ərazilərdə abidələrin dağıdılması ilə bağlı avropalı ekspertlərin bölgəyə səfəri həm Azərbaycan, həm də Ermənistan tərəfinin şərait yaratmaması ucbatından baş tutmayıb".

Bunu Avropa Şurası Parlament Assambleyasının baş katibi Terri Devis ANS-ə eksklüziv açıqlamasında deyib.

Terri Devis deyib ki, ekspertlər qrupu ölkənin mədəni irsinə dəyən zərəri araşdırmalıydı.

Amma səfəri təxminən 6 ay bundan əvvəl təxirə salmalı olduq.

İstər Azərbaycan, İstərsə də Ermənistan tərəfi səfərin baş tutmasına maneələr yaratdılar.

Teri Devis Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub.

O, bildirib ki, problem yalnız Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlar yoluyla həll oluna bilər,bu danışıqlara isə ATƏT-in Mİnsk qrupu vasitəçilik edir.
XS
SM
MD
LG