Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:55

Qərb Rusiyanın hərəkətindən narahatdır


Birləşmiş Ştatlar, NATO və Avropa Birliyi Rusiyanın Gürcüstanla Abxaziya və Cənubi Osetiya sərhədləri arasında qüvvələr yerləşdirməsindən narahatdırlar.

Onlar bu addımı ötən yay Rusiyayla Gürcüstan arasında əldə olunmuş atəşkəsə təhlükə hesab edirlər.

Bu NATO-nun Gürcüstanda hərbi təlim məşqlərinə başlamasından bir neçə gün sonraya təsadüf edir.

Məlumatlara görə Rusiya qüvvələri Abxaziya və Cənubi Osetiya sərhəddi boyunca mövqe tutublar.

Rusiya sərhəd qoşunları cənub dairəsinin komandanı Nikolay Lisinski Cənubi Osetiya-Gürcüstan sərhədi boyunca hərbi məntəqələr qurulduğunu deyir.

Həmçinin Abxaziyadakı separatçı qüvvələrin baş qərərgah rəisi Anatoliy Zaytsev Rusiya qüvvələrinin Gürcüstan-Abxaziya sərhəddinddə işə başladıqlarını deyir.

Aprelin 30-da Moskvada Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyayla Rusiya arasında sərhədlərin qorunmasıyla bağlı belə bir razılaşma imzalanıb.
XS
SM
MD
LG