Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

Meksikada qripdən 19 adam ölüb


Meksikanın səhiyyə naziri Xose Angel Kordova ölkədə H1N1 virusuna yoluxanların 473-ə, bu xəstəlikdən ölənlərin isə 16 nəfərə çatdığını deyir.

Nazir epidemiyanın sabit fazaya düşdüyünü , amma hələ də ən çətin məhrələnin ötüşmədiyini deyib.

Birləşmiş Ştatlarda isə bu virusa 160 adam yoluxub, 1 nəfərsə bu xəstəlikdən ölüb.

ABŞ prezidenti Barak Obamayla Meksika prezidenti Felipe Kalderon dünən virusla mübarizənin yollarını müzakirə ediblər.

Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə ümumilikdə 18 ölkədə bu virusa 600-dən çox adam yoluxub.
XS
SM
MD
LG