Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:22

«Sanki, kimsə regionda ağalığını nümayiş etdirmək istəyir»


Müzəffər Baxışov və Zahid Oruc

Müzəffər Baxışov və Zahid Oruc

«Bu, 10 il əvvəl Ermənistan parlamentində baş verən terroru xatırladır!».

Bunu parlamentin Təhlükəsizlik Komitəsinin üzvü, millət vəkili Zahid Oruc «Panorama» verilişində deyib. Onun fikrincə, aprelin 30-u Neft Akademiyasında baş verən hadisəni 10 il əvvəl Yerevanda törədilən terrorla müqayisə etsək, çox mühüm məqamlar üzə çıxar:

«O vaxt da Qarabağ münaqişəsinin həlli istiqamətində önəmli addımlar atılmışdı. Ancaq o zaman Ermənistanın bəzi hökumət üzvləri, indi isə əhali hədəfə götürülüb…».

Z. Oruc düşünür ki, bununla Azərbaycanın müstəqilliyini və sabitliyi hədəfə götürüblər:

«Sanki, bu terrorla kimsə bu regionda öz ağalığını nümayiş etdirmək istəyir…».

Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, Cinayət Məcəlləsi Neft Akademiyasındakı hadisəni terror adlandırmağa imkan vermir:

«Ancaq ola bilər ki, burda Ermənistanın və ya başqa bir qonşumuzun xüsusi xidmət orqanlarının əli var. Bu məsələdə Azərbaycandakı bəzi qüvvələrin də iştirakı istisna deyil…».

M.Baxışovun fikrincə, Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər hazırlıqlı olmadıqlarından, bu hadisənin qarşısını almaq mümkün olmayıb:

«Hər halda istintaq bu hadisədə bütün iştirakçıları müəyyənləşdirməyə borcludur. Bu hadisədə kimin və hansı ölkənin əli varsa, onlar üzə çıxarılmalıdırlar…».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG