Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:50

Qədirovun meyitinin ailəsinə verilməsinə razılıq verilib


Azərbaycan Dövlət Neft Akademiyasının binasına silahlı basqın etdiyi ehtimal olunan Fərda Qədirovun atası Əsəd Qədirov oğlunu tanıyıb. Hüquq-mühafizə orqanlarından «APA»ya verilən məlumata görə, Ə. Qədirov mayın 1-də Rusiyadan Bakı şəhərinə gətirilib.

O, istintaq tərəfindən dindirildikdən sonra mayın 2-si səhər saatlarında F. Qədirovun meyitinin saxlanıldığı Nəsimi rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə aparılıb. Meyitə baxış zamanı Ə. Qədirov onun həqiqətən də oğlu olduğunu təsdiqləyib. Məlumatda həmçinin istintaq qrupunun F. Qədirovun meyitinin ailəsinə təhvil verilməsinə razılıq verdiyi bildirilir.

Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın zamanı 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
XS
SM
MD
LG