Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:50

Ötən il dünyada 41,bu ilsə 11 jurnalist öldürülüb


Dünyada jurnalistlərə hücumların sayı yüksək olaraq qalır.

Bu barədə mayın 3-ü - Beynəlxalq Mətbuat Azadlığı günü münasibətilə BMT-nin baş katibi Ban Kİ moon-un yaydığı bəyanatda bildirilir.

Ban Ki moon jurnalistlərin həbs olunduğu ölkələri müdafiə haqqı da daxil olmaqla onların bütün hüquqlarına tam təminat yaratmağa çağırıb.

Jurnalistləri müdafiə komitəsinin məlumatına görə Kuba, Çin və Eritrea başda olmaqla 2008-ci il dekabrın 1-dək kütləvi informasiya vasitələrinin 125 nümayəndəsi həbsdə olub.

2008-ci ildə peşə borcunu yerinə yetirərkən 41 jurnalist öldürülüb.

Bu ilin əvvəllərindən bu yana isə 11 jurnalist öldürülüb.
XS
SM
MD
LG