Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:39

Polis axşam saatlarında mərasimə imkan verməyib


Mayın 1-də işdən sonra saat 18-30-da Neft Akademiyasında qətlə yetirilən tələbələrin xatirəsini yad etməyə vətəndaşlara polis imkan verməyib. Vətəndaşlar çıxıb universitetin qarşısına çiçək düzməyə çalışıblar.

Polis təkidlə çiçəkləri universitetin qarşısına yox, binanın kənarına düzməyi tələb etdi.

Bundan bir qədər sonra bir qrup gənclər təşkilatı da həmin yerdə anım mərasimi keçirib. Gənclər çiçəklərini polisin göstərdiyi kimi binanın divarlarına düzüb orada şam yandırıblar.

Sonra da gənclər Azərbaycanın dövlət himnini oxuyaraq Akademiyanın yanından uzaqlaşıblar.

Aprelin 30-da Dövlət Neft Akademiyasına silahla basqın edən şəxs 12 nəfəri öldürüb, 13 nəfəri də yaralayıb. O, sonradan özünü də öldürüb.
Hüquq mühafizə orqanları qatilin 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG