Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01

Beynəlxalq Miqrasiya Təşkilatı hökumətə təkliflər verib


Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda yaşayan məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq məqsədilə hökumətə təkliflərlə müraciət edib. Qurumun direktoru Branson Makkinli keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, təşkilat məcburi köçkünlərə müvəqqəti yaşayış yerləri tikib verə bilər. Bu sahədə təcrübəsi olan Beynəlxalq Miqrasiya Təşkilatı hazırda hökumətin cavabını gözləyir.


Cənab Makkinli deyir ki, təşkilat Azərbaycanda könüllü qayıtmaq proqramını da reallaşdırmaq niyyətindədir. Bu proqram vətənlərinə dönə bilməyən miqrantlara yardım məqsədi daşıyır.


Günün bütün mövzuları

XS
SM
MD
LG