Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:07

Tacikistanda kəskin şok gözlənir


Beynəlxalq Valyuta Fondu Tacikistan iqtisadiyyatında kəskin şok gözlədiyini bildirir. Fond bunu maliyyə böhranına görə bu il ölkəyə vətəndaşların kənardan göndərdikləri pulların kəsilməsi idxalın azalması ilə izah edir.

Təşkilat bu il xaricdəki tacikləri evlərinə göndərdikləri pulun azı 30% azalacağını gözləyir.

Fond xəbərdarlıq edib ki, beynəlxalq maliyyə böhranının təsirləri Düşənbənin özünün iqisadi siyasətini də alt-üst edə bilər. Və dövlətin bazar üzərində kəskin nəzarəti və enerji infrastrukturunun zəifliyi inkişafı risk altında qoyur. Beynəlxalq Valyuta Fondu Tacikistanı kənd təsərrüfatında və dövlət şirkətlərində təcili islahatlara çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG