Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:29

Həmsədrlər ATƏT-in Daimi Şurasına Qarabağ danışıqları barədə məlumat veriblər


ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun həmsədrləri iyunun 22-də Avstriyanın paytaxtı Vyanada görüşüblər. Amerikalı həmsədr Stiven Mann səlahiyyətlərinin başa çatması barədə rusiyalı və fransalı həmkarları - Yuri Merzlyakov və Bernar Fasyeyə məlumat verib.


Həmsədrlər ATƏT-in Daimi Şurasına Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə də məlumat veriblər. Yeni amerikalı həmsədr - ABŞ Dövlət katibi köməkçisinin müavini Metyu Brayza Vyanada olsa da, həmsədrlərin görüşündə iştirak etməyib.


XS
SM
MD
LG