Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Dünyanın iri şəhərlərində 1 May bayramları


Bu gün müxtəlif ölkələrin paytaxtları 1 May Fəhlələrin Həmrəylik Günü münasibətilə nümayişçilərlə dolub.

Berlində polis erkən saatlardan maşınlara şüşə, daş atmaq, onları yandırmaq ittihamı ilə 49 nəfəri saxlayıb.

İstanbulda polis solçuların mitinqini dağtmaq üçün su şırnağından istifadə edib.

Fransada fəhlə birliklərinin on minlərlə üzvü Parisin və başqa iri şəhərlərin küçələrini doldurub.

Moskvada kommunistlərin yürüşü keçirilib.

Fəhlə birliklərinin üzvləri Madriddə, Tokiyoda və Seulda da küçələrə axışıblar.

Qırğızıstanın paytaxtı Bişkəkdə nümayişçilər Vladimir Leninin portreti qaldırıblar.

Sankt-Peterburqda isə polis 100 nəfəri həbs edərək ifrat sağçılar və miqrant əleyhdarlarının mitinq çəhdinin qarşısını alıb.
XS
SM
MD
LG