Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:27

Fərid Mənsurov Almaniyaya müalicəyə göndəriləcək


«Bir istəyim var, məni müalicə eləsinlər, çıxım güləşim»
«Bir istəyim var, məni müalicə eləsinlər, çıxım güləşim»

İdmançılarla görüşündə prezident İlham Əliyev olimpiya çempionunun müalicəyə göndərilməsi üçün göstəriş verib


2004-cü il Afina Olimpiadasının qızıl medalçısı Fərid Mənsurov bir müddət əvvəl səhhətindəki problemlə bağlı idmandan uzaqlaşmışdı. Həkimlər onun bel yırtığı xəstəliyindən əziyyət çəkdiyini, müalicəsinin Almaniyada mümkün olduğunu bildirsələr də maliyyə probleminə görə müalicə baş tutmurdu. Fərid Mənsurovun məşqçisi Elxan Cəfərov «Azadlıq» radiosuna bildirib ki, prezident İlham Əliyev Fərid Mənsurovun səhhəti ilə maraqlanıb və onun müalicəsinə göstəriş verib.


«Dünən idmançılarla görüşdə prezident Fərid Mənsurovun Almaniyaya təcili müalicəyə göndərilməsinə göstəriş verdi».


Fərid Mənsurov da müalicədən sonra idmanı davam etdirmək arzusundadır: «Bir istəyim var, məni müalicə eləsinlər, çıxım güləşim».


Milli Olimpiya Komitəsinin əməkdaşı Cəmaləddin Rəhmanovun verdiyi məlumata görə, prezidentin bir qrup idmançı ilə iyunun 21-də keçirilən görüşündə idmançıların beynəlxalq yarışlara, həm də 2008-ci ildə Pekində keçiriləcək Olimpiadaya hazırlıqları müzakirə edilib.


XS
SM
MD
LG