Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:45

Hərbi hissələrə yerləşdirilməni Müdafiə Nazirliyinin Təşkilat və Səfərbərlik idarəsi həyata keçirir


Bu il həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi hissələrdə yerləşdirilməsi məsələsini Müdafiə naziri Səfər Əbiyevin əmri ilə nazirliyin Təşkilat və Səfərbərlik idarəsi həyata keçirir. Bu sözləri mediaya açıqlamasında MN-nin mətbuat xidmətinin başçısı Eldar Sabiroğlu deyib.

Onun sözlərinə görə, çağırışçıların hərbi hissələrdə yerləşdirilməsi bütünlüklə elektronlaşdırılıb. Çağırışçılar qabaqcadan MN-nin yaratdığı «qaynar xətt»ə zəng edib hansı hərbi hissədə xidmət keçəcəklərini dəqiqləşdirə bilərlər.

Eldar Sabiroğlu bildirib ki, orduya çağırış qaydalarının təkmilləşdirilməsi davam etdiriləcək. Ancaq bu, hərbi komissarlıqların ləğvi anlamına gəlmir. Hərbi komissarlıqlar qanunvericiliyə görə, MN-nin yerli icra orqanlarıdır və bundan sonra da həqiqi hərbi xidmətə çağırılma, çağırışçıların tibbi yoxlamadan keçirilməsi, tərxis məsələləri də daxil olmaqla bir sıra başqa funksiyalarını da yerinə yetirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG