Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:26

İyul ayından ünvanlı sosial yardımların verilməsinə başlanılacaq


İyulun 1-dən sonra artıq sənədləri yoxlanılmış və barələrində müvafiq qərar çıxarılmış vətəndaşlar ünvanlı sosial yardım ala biləcəklər. Əmək və Əhalinin Sosial Müdafiə Fondunun yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Vəfa Mütəllimovanın verdiyi məlumata görə, sənədlərini təqdim etmiş şəxslər Əhalinin Sosial Müdafiə Mərkəzlərinə müraciət edəcəklər. Burda onlara ünvanlı sosial yardımın təyin edilib-edilməməsi haqqında rəsmi bildiriş veriləcək. Həmin bildirişdə yardım təyin olunanlara yardımın məbləği, təyin edilməyənlərə isə niyə görə yardım verilə bilməməsinin səbəbləri göstəriləcək. Vəfa Mütəllimovanın sözlərinə görə, bundan sonra iyul ayı ərzinlə həmin vətəndaşlar yardım ala biləcəklər.


Müavinət 6 ay davam edəcək. Hər bir ailənin təkrar müraciət etmək hüququ var. 6 ay müddəti bitəndən sonra isə təkrar müraciət olunmalıdır, yoxsa müavinətin verilməsini dayandırılacaq.


İlkin olaraq nə qədər vətəndaşa yardım göstəriləcəyi bu ayın sonunda məlum olacaq.


V.Mütəllimovanın sözlərinə görə, problemlər əsasən toplanmış sənədlərin yoxlanılması zamanı ortaya çıxır. Sənədlərin qəbul edilməsindəki çətinliklərlə bağlı vətəndaşlar fondun qaynar xəttinə, 4933252, 4938393 nömrələrinə zəng edə bilərlər.


XS
SM
MD
LG