Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:45

Bir nəfər saxlanılıb


Baş Prokurorluq bir nəfərin saxlandığını bildirir
Aprelin 30-da Dövlət Neft Akademiyasındakı qətliamla bağlı bir nəfər saxlanılıb. Bu haqda «Azadlıq» radiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Həmin şəxs Gürcüstan vətəndaşı Nadir Şirxan oğlu Əliyev mayın 1-də saxlanılıb.

- Həmin şəxs təşkilatçılıqda, yoxsa iştirakda ittiham olunur?
- Hələlik şübhəli şəxs qismində saxlanılıb. İstintaq zamanı müəyyən ediləcək ki, onun cinayətdə nə kimi rolu var.

- Başqa şəxslərin saxlanması da gözlənirmi?
- İstisna olunmur. Amma cinayəti törətmiş şəxsin atası, Moskvada yaşayan Əsəd Qədirovun istintaqa cəlb edilməklə ifadəsinin alınması yönündə tədbirlər görülür. Yaxın zamanlarda istintaqa cəlb olunub ətraflı dindiriləcək. Eləcə də yaxın qohumlarının və tanışlarının da bu məsələylə bağlı istintaqa cəlb olunması, dindirilməsi mümkündür.

- İlkin şahid ifadələrində qatilin bir yox, iki nəfər olması haqda danışılırdı. Bu haqda hüquq-mühafizə orqanlarında məlumat varmı?
- Təbii, o istiqamətdə də işlər aparılır. İstisna deyil ki, qatil iki və ya üç nəfər olsun.

- Qatilin üstündən sənəd tapılmışdı. Həmin sənədin məhz qatilə məxsus olması, qatilin kimliyi artıq təsdiqlənibmi?
- Həmin sənədin qatilə məxsus olub-olmaması yönündə işlər davam etdirilir.

- İstintaqın artıq ilkin versiyaları varmı?
- Açığı, əməliyyat istintaq qrupunun müəyyənləşdirdiyi bir neçə fərziyyə var. Hələlik təfərrüatları haqda məlumat verilə bilməz.

- Bəzi ekspertlər bu hadisədə xarici kəşfiyyat orqanlarının əli olmasını istisna etmirlər.
- Vaxtından qabaq nəyisə açıqlamaq düzgün olmazdı. Nəticəni gözləyək.

- Ölənlər və yaralılarla bağlı son məlumat nədir? Bəzi məlumatlarda ölənlərin 17 nəfər olduğu deyilir.
- Cinayəti törətmiş şəxs də daxil olmaqla 13 nəfər ölüb. Yaralılardan üçü isə ötən ilkin tibbi yardım alandan sonra evə buraxılıb. Qalan 10 yaralının vəziyyəti stabil ağır olaraq qalır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG