Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09

Xaricdə pulsuz təhsil imkanı…


Xaricdə təhsil almış Azərbaycan tələbələri, 19 iyun 2006

Xaricdə təhsil almış Azərbaycan tələbələri, 19 iyun 2006

Sentyabr ayında elan olunacaq təqaüd proqramlarında tələbələri yeniliklər gözləyir


Təqaüd proqramlarında iştirak edib, xaricdə pulsuz təhsil imkanı qazanmaq yəqin hər tələbənin yuxularına belə girən arzudur. Bəs, bu şansı qazanmaq üçün nə etməli, ümumiyyətlə, xaricdə təhsil nə ilə fərqlənir? Bu sualların cavabın yəqin xaricdə oxumuş məzunlar daha yaxşı bilər.


Əksər təqaüd proqramlarını həyata keçirən Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Bahar Hacızadə deyir ki, növbəti təqaüd proqramları sentyabr ayından elan olunacaq. Bu il tələbələri yeniliklər də gözləyir.


V Azərbaycan Çempionatı


İyunun 18-də “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə V Azərbaycan Çempionatı keçirildi. Çempionatda birinci yer uğrunda 13 komanda mübarizə aparırdı. Oyundakı sualları “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosasiyasının hakimi Dmitriy Borok redaktə etmişdi və oyunun aparıcısı da elə o özü idi. Çempionatın Təşkilat Komitəsinin sədri, “Atəşgah” Bakı Biliciləri Klubunun prezidenti İlkin Yetirmişlinin dediyinə görə, oyunu keçirməkdə əsas məqsəd təkcə Azərbaycanda intellektual hərəkatı inkişaf etdirmək deyil.


«Çempionatda qalib gələn komanda həm də avqust ayında Kalininqradda keçiriləcək V Dünya Çempionatında Azərbaycanı təmsil edəcək».


Buna nail olmaq isə komandanların hər birinin arzusudur.


Nəticədə isə hər birində 15 sual olan 4 turdan ibarət oyunda Faiq Hüseynovun komandası suallara ən çox düzgün cavab verərək qalib gəldi. Komanda dünya çempionatında Azərbaycanı təmsil etmək üçün avqustun əvvəllərində Kalininqrada yola düşəcək.

DİNLƏYİN!


XS
SM
MD
LG