Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:49

«Prezidentlərin görüşməsi perspektivi bizi sevindirir»


«Mayın 7-də Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsi perspektivi bizi sevindirir».

Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin məlumatında belə deyilir.

Məlumatda bildirilir ki, Minsk Qrupunda ABŞ və Rusiya ilə yanaşı həmsədrlik edən Fransa Dağlıq Qarabağ münaqişəsinin balanslaşdırılmış və danışıqlar yolu ilə həllinə nail olmaq üçün səylərini fəal şəkildə davam etdirir:

«Bu görüş 2008-ci ilin iyun ayında Sankt-Peterburqda, 2008-ci ilin noyabr ayında Moskvada və 2009-cu ilin yanvar ayında Sürixdə baş tutmuş və hər üçü konstruktiv mühitdə keçirilən görüşlərin davamı olacaq».

Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi bu prosesin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində əhəmiyyətli bir irəliləyişə töhfə verəcəyinə ümidini bildirir.
XS
SM
MD
LG