Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:08

“Üç nöqtə”: “Paytaxtın kanalizasiya sistemi normadan artıq yüklənib”


“Bakı-Xəbər” qəzetinin əməkdaşı İslam Konfransı Təşkilatına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçirilən 33-cü sessiyasını şərh edub. Müəllifə görə, ssesiyada verilən açıqlamalardan aydın görünür ki, əslində, İslam Konfransına üzv ölkələr nüvə təhqiqatlarının coğrafiyasını genişləndirmək istəyir. Bu cür genişləndirmə isə, real vəziyyətdə yalnız İrana sərf edir. Müəllif fikrini belə əsaslandırır ki, digər müsəlman ölkələrində də nüvə təhqiqatının aparılması və onun yalnız dinc məqsədlə həyata keçirildiyinin bəyan edilməsi ABŞ-ın bu dövlətlərə qarşı çıxmaq imkanını heçə endirir. Başqa sözlə deyilsə, Vaşinqtonun nüvə məsələsilə bağlı hədəfi təkcə İran yox, digər islam dövlətləri olur ki, ABŞ-ın onların hamısına qarşı çıxması, praktiki olaraq mümkünsüzdür.


“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, Avropa ölkələri vergitutmanın yeni sahələri ilə əlaqədar müxtəlif təkliflər üzərində çalışır. Çoxdandır ki, müzakirə olunan yeni vergi sahəsi isə mobil telefon və internetdə ən çox istifadə olunan SMS və e-mail xidmətlərinə görə, vergilərin tətbiq edilməsi ilə əlaqədardır. Avropalı ekspertlər yaxın müddətdə həmin sahə ilə bağlı layihəni hazırlayıb parlamentə təqdim etmək niyyətindədir. Mütəxəssislərin qənaətinə görə, bu vergi növünün tətbiq olunması külli miqdarda gəlirlərin əldə olunmasına gətirib çıxaracaq. Avropa İttifaqı bu vasitə ilə öz maliyyə imkanlarını artırmaq niyyətindədir.


“Üç nöqtə” qəzetindəki “Paytaxtın kanalizasiya sistemi normadan artıq yüklənib” başlıqlı məqalədə bildirilir ki, Bakıda inşa olunan hündürmərtəbəli binaların sayı artdıqca kanalizasiya sistemindəki problemlər daha da çoxalır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsindən bildiriblər ki, hündürmərtəbəli binaların çox olduğu ərazilərdə kanalizasiya kəmərləri çirkab sularının axıdılmasına tab gətirmir, çünki hazırkı kanalizasiya xətləri 18-20 mərtəbəli binalardan axıdılan çirkab suları üçün nəzərdə tutulmayıb. Bakı Şəhər Kanalizasiya İdarəsi də bu faktları təsdiq edir. İdarədən verilən məlumata görə, şəhərin baş planına kanalizasiyanın yenidən qurulması daxil edilib.


XS
SM
MD
LG