Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:58

Pakistandakı etnik qarşıdurmalarda ölənlərin sayı 30-u keçib


Pakistanın cənubunda, Karaçidəki etnik qarşıdurmalarda ölənlərin sayı rəsmi məlumatlara görə 34-ü keçib.

Qarşıdurmalar dünəndən başlayıb. Urdu və Paştu millətindən olanlar şəhərin müxtəlif yerlərində bir-birlərinin maşınları yandırır, dinc adamlara hücum eləyir, və silahdan istifadə eləyirlər.

Karaçinin əhalisinin böyük hissəsi əsasən urdular təşkil eləyib. Amma son illər bura gəlmə paştuların da sayı artmağa başlayıb. İki xalq arasındakı münasibətlər də gərgindir.

Pakistanın Przidenti Asif Əli Zərdari zorakılığı pisləyib və tərəfləri milli birliyə çağırıb. Prezident deyib ki, Pakistan ölkədəki Taliban yaraqlıları ilə mübarizəyə diqqətini yönəltdiyi vaxt etnik qarşıdurmalarla başa çıxmaq iqtidarında deyil.
XS
SM
MD
LG