Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27
Aprelin 30-da Bakıda reper Uranın 2-ci albomu təqdim olunub. «Mənasız şeylər» adlanan albom 19 musiqi trekindən ibarətdir. Musiqilərin yazılması DJ ilə aparılıb. Bu, Uranın ikinci albomudur.

Reperin «Hörmətlə, Uran» adlı birinci albomu 2005-ci ildə buraxılıb.

Reperin öz dediklərindən:

«Keçən albomum 120 min tirajla satıldı, indi həmin uğuru təkrar eləmək istəyirik. Bu albomu tamamilə özümüz maliyyələşdirmişik, amma bitmeykerlər və bir neçə musiqi təşkilatları yaxından kömək edib. Albomu Bakıda çap etmişik. Albomun üz qabağı mənim rep dəftərimin üz qabığıdır...»

«Bəs piratlardan necə qorunacaqsınız» – sualına cavabında Uran deyib ki, bütün disklər holoqramlıdır. Bundan başqa, piratları qabaqlamaq üçün bacardıqca hər bir satış nöqtəsini disklərlə təmin ediblər.

Albomun prodüseri Master T. bir diskin topdan 4 manata, pərakəndə satışda isə 6 manata satıldığını dedi.

Sözardı:

Uran – əsl adı İbrahim İbrahimov 1983-cü ildə Xaçmazda anadan olub, Ali Hərbi məktəbi bitirib, leytenantdır. Həmçinin idarəedici-mühəndis ixtisasına yiyələnib. 11 yaşından şeirlər yazır, 17 yaşından isə musiqi bəstələyir. İndiyədək sözləri ilə bir yerdə 50-dən artıq musiqi bəstələyib.

Uran «Azadlıq» radiosunun «Rap time» verilişinin aparıcısıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG