Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:03

«Türkiyə-Ermənistan arasında razılaşma Qafqaza sabitlik gətirə bilər»


Türkiyə ilə Ermənistan arasında mümkün razılaşmanın imzalanması Azərbaycana da yaxşı təsir edə bilər. Praqada səfərdə olan Türkiyə prezidenti Abdulla Gül belə deyib. Gül Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpasının bütün Qafqaz regionunda sabitliyə yol açacağını bildirib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildən bağlıdır. Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll olunmayana kimi sərhədlərin açılmayacağını bildirirdi.

Azərbaycan sərhədlərin açılmasına qarşısıdır.

Bu arada Çexiya prezidenti Vaçlav Klaus deyib ki, Praqa Türkiyənin Avropa Birliyinə daxil olmasını dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG