Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:21

Pakistanın Buner rayonunda azı 50 talibançı öldürülüb


Pakistanın Buner rayonunda getmiş döyüşlərdə azı 50 talibançı və 1 əsgər ölüb.

Bu barədə Pakistanın hakim dairələri xəbər verir.

Qonşuluqda yerləşən Aşagı Dir rayonunda isə 75 yaraqlı və 10 əsgər ölüb.

Hökumət qoşunları bu gün Buner rayonunun mərkəzi Daqqar şəhərini ələ keçiriblər.

Əməliyyat talibançıların Buner rayonunu ələ keçirməsindən sonra başlayıb.

Svat vadisinin qonşuluğunda olan bu rayon İslamabadın 100 kilometrliyində yerləşir.

Birləşmiş Ştatlar Pakistan ordusunun uğurunu alqışlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG