Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Talibançılar Pakistanın Daggar şəhərindən çıxarılıb


Pakistanın hökumət qoşunları ölkənin şimal-qərbində talibançılara qarşı əməliyyatda böyük uğur qazanıb.

Pakistan hərbçiləri talibançıların Buner rayonunun mərkəzi Daqqar şəhərindən çıxarıldığını xəbər verirlər.

Əməliyyat talibançıların Buner rayonunu ələ keçirməsindən sonra başlayıb.

Svat vadisinin qonşuluğunda olan bu rayon İslamabadın 100 kilometrliyində yerləşir.

Hakim dairələrin məlumatına görə Buner və Aşağı Dir rayonlarında aparılmış əməliyyatlarda 75 yaraqlı öldürülüb.

Həmçinin hökumət qoşunları 10 nəfər itgi verib.

Birləşmiş Ştatlar Pakistan ordusunun bu uğurunu alqışlayıb.
XS
SM
MD
LG