Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:08

Obamanın yüz günü


Obamanın 100 günlük hakimiyyəti dövründə xaricə 3 səfər edib və 9 ölkədə olub
Obamanın 100 günlük hakimiyyəti dövründə xaricə 3 səfər edib və 9 ölkədə olub
Prezident Obamaya olan inam və onun bacarığı Vaşinqtona yeni bir ahəng gətirib. Bruking İnstitutunun nümayəndəsi, 1999-cu ildən 2001-ci ilə qədər İqtisadi Məşvərətçilər Şurasının sədri olan Martin Neyl Beyli belə deyir.

O həmçinin bildirir ki, yaxın 100 gün ərzində Obama iqtisadi siyasətə diqqət eləməlidir. Çünki bu ilin birinci rübünə yenidən iqtisadi böhran gözlənilir. Əgər Obama bunun təzadlarını azalda bilsə, əlavə maliyyə ayrılmasını istəməyəcək. Çünki büdcədə problemlər kifayət qədər böyükdür.

Martin Neyl Beyli deyir ki, iqtisadiyyatda böhrandan daimi artıma uğurlu keçid etmək üçün maliyyə sektoru da bərpa olunmalıdır. Buna isə daha çox pul lazımdır. 200 milyard, bəlkə də 500 milyard dollar. Əlavə maliyyə üçün konqresə üz tutmaq isə asan iş deyil. Amma bu qərarı prezident verir. Bəlkə bu alındı, bəlkə də yox. Lakin risk kifayət qədər yüksəkdir.
Obama xaricə 3 səfər edib və 9 ölkədə olub. O əvvəlcə Kanadaya, daha sonra Avropa (Britaniya, Fransa, Almaniya, Çexiya, Türkiyə) və Yaxın Şərqə (İraq) səfər edib. Son səfəri isə Meksika, Trinidad və Tobaqoya olub. Onun üzbəüz görüşdüyü liderlərin sayı 44-dür. Ağ evdə 8 müxtəlif dövlətlərin başçılarını qarşılayıb və ABŞ-ın 12 ştatına səfər edib


Senatda çoxluq təşkil edən qrupun keçmiş rəhbəri Tomas Deşli isə bildirir ki, artıq səhiyyə islahatları üzərində iş getdiyi üçün növbəti 100 gün daha həlledici və məhsuldar ola bilər. Lakin əgər prezident birbaşa, şəxsən və tam səmimi olaraq bu işdə fəal olsa, səhiyyə islahatları baş tutacaq. Onun sözlərinə görə bu çox vacibdir ki, prezident bu islahatlarda bütün tərəfləri bir araya gətirsin və konqres üzviləri də daxil olmaqla hamıya bu işin vacibliyini anlatsın. Tomas Deşli deyir ki, prezident hamını inandırmalı, maarifləndirməli və danışıqlar aparmalıdır. Yalnızca o bu mübarizədə bütün ölkəni irəli apara bilər.

Nyu-York Universitetinin Vagner İctimai Xidmət məktəbinin nümayəndəsi Robert Şram isə bildirir ki, növbəti 100 gün respublikaçılar üçün daha həlledici olacaq, nəinki prezident üçün. O deyir ki, Obama artıq amerikalıların inamını qazanıb. Ona görə də bu yüz gün respublikaçılar üçün ikinci bir sınaq olacaq. Robert Şramın sözlərinə görə, əsas məsələ də səhiyyə olacaq. Prezident kifayət qədər ağıllı olduğu üçün yenidən hər şeyi təhlil edəcək və məsələni hər iki partiyanın müzakirəsinə buraxacaq. Bu halda isə respublikaçılar müzakirəyə getməli olacaqlar, onlar diktə edə bilməyəcəklər. Respublikaçılar ictimai sığorta ilə bağlı planı qəbul etməli olacaqlar. Əgər onlar etiraz etsələr, məsələ barışıq yolu ilə həll ediləcək.

Dünya Bankının keçmiş rəhbəri Pol Vulfoviçin fikrincə isə Obamanın ABŞ rəhbəri seçilməsi Amerika cəmiyyətinin azad olması barədə bütün dünyaya güclü bir mesaj göndərdi. Barak Obamanın gözəl nitqi isə dünyanın ABŞ haqqında fikirlərini daha da yüksəldə bilər. Onun ilk 100 gündə etdiyi səfərlər bütün dünyada şöhrətini artırdı. İndi isə bu şöhrət və gözəl nitq fundamental xarici siyasət məsələlərinə yönəlməlidir.

Pol Vulfoviçin sözlərinə görə, prezident xaricdə olan məşhurluğundan istifadə edib avropalı müttəfiqlərini inandırmalıdır ki, İranın nüvə silahı niyyəti və terrorizmi dəstəkləməsi doğrudan da təhlükəlidir. Obama Pakistan xalqına çatdırmalıdır ki, Amerikanın oradakı siyasəti onların da xeyrinədir, yalnız ABŞ-ın yox.

Vulfoviç onu da bildirir ki, əgər Obama öz bacarığını Amerikanın keçmişdə etdiklərinə görə üzr istəməyə yox, daha çox insanları sakit və dözümlü bir dünya qurmağa çağırsa bu dünya üçün daha sərfəli olar.

Obamanın 100 günlük hakimiyyəti dövründə isə yanvar ayında 7.6 faiz olan işsizlik martda 8.5-ə qalxdı. İşsizlik aprel ayında da artıb. Neftin bir barelinin qiyməti isə 8 dollar qalxdı.

Obama xaricə 3 səfər edib və 9 ölkədə olub. O əvvəlcə Kanadaya, daha sonra Avropa (Britaniya, Fransa, Almaniya, Çexiya, Türkiyə) və Yaxın Şərqə (İraq) səfər edib. Son səfəri isə Meksika, Trinidad və Tobaqoya olub. Onun üzbəüz görüşdüyü liderlərin sayı 44-dür. Ağ evdə 8 müxtəlif dövlətlərin başçılarını qarşılayıb və ABŞ-ın 12 ştatına səfər edib.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG