Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:28

AŞ PA Azərbaycanın 1480 saylı qətnaməni yerinə yetirməsi məsələsinə baxacaq


İyunun 26-da Strasburqda açılacaq Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Azərbaycanın 1480 saylı qətnaməni yerinə yetirməsi məsələsinə də baxılacaq. Qətnamədə Azərbaycanın nümayəndə heyətinin mandatının tanınması ilə bağlı məsələ qoyulur. Assambleyanın qış sessiyasında son parlament seçkilərində qanun pozuntularına görə, Azərbaycan nümayəndə heyətinin mandatına yenidən baxılması məsələsi qaldırılmışdı. Müzakirələrin sonunda qəbul edilən 1480 saylı qətnaməyə görə bu məsələyə nəticələri ləğv olunan dairələrdə keçirilən təkrar seçkilərdən sonra bir daha baxılmalıdır. Həmin dairələrdə mayın 13-də keçirilən təkrar seçkiləri izləyən AŞ PA-nın Müşahidə Missiyası prosesin ümumən qanun çərçivəsində olduğunu bildirib.


AŞ PA-nın yay sessiyasında Avropa Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi həbsxanaları, fikir azadlığı məsələləri müzakirə olunacaq. Dini azadlıqlarla bağlı müzakirələr Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək.


XS
SM
MD
LG