Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:18

Sevil Əliyeva: «Mən siyasətlə məşğul olmağı düşünmürəm»


Sevil Əliyeva Bakıda «Chopard» mağazasının açılışında iştirak edir, 19 oktyabr 2007

Sevil Əliyeva Bakıda «Chopard» mağazasının açılışında iştirak edir, 19 oktyabr 2007

«Mən siyasətlə məşğul olmağı düşünmürəm». Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin qızı Sevil Əliyeva «İnterfax-Azərbaycan»la telefon söhbətində belə deyib.

O hər hansı partiyaya rəhbərlik edəcəyi barədə mətbuatda yayılan məlumatları da təkzib edib. Son günlər xüsusilə Türkiyə mediası Sevil Əliyevanın may ayında Bakıya gəlib hakimiyyətə müxalif partiya yaradatmaq niyyətində olduğunu iddia edirdi.

Bu məlumatları təkzib edən Sevil Əliyeva bildirib ki, «Burada, Londonda mənim ailəm var, mənim məşğuliyyətim var. Bunları dəyişmək fikrində deyiləm, xüsusilə də siyasətə. Mən valideynlərimin xatirəsini əziz tuturam. Azərbaycan prezidenti olan qardaşım, onun ölkə və Azərbaycan xalqının rifahı üçün atamın siyasətini davam etdirməsi ilə fəxr edirəm».

Sevil Əliyeva atasının hakimiyyətinin ilk illərində Azərbaycanda «Sevil» qadınlar cəmiyyətinin rəhbəri olub. «Space» müstəqil teleradio şirkətinin təsisçisidir. Hazırda Londonda yaşayır.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.

Günün bütün mövzuları

XS
SM
MD
LG