Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Meksikada «donuz qripi»ndən ölənlərin sayı 159-a çatdı


«Donuz qripi» ABŞ, Kanada, Yeni Zelandiya, İspaniya, Britaniya və İsraildə də qeydə alınıb

«Donuz qripi» ABŞ, Kanada, Yeni Zelandiya, İspaniya, Britaniya və İsraildə də qeydə alınıb

Meksika hökuməti bildirir ki, «donuz qripi»ndən ölənlərin sayı 159-a çatıb. Ölkənin səhiyyə naziri Xose Kordova deyir ki, «donuz qripi» virusuna yoluxanların sayı isə 2 500 nəfər olub. Meksikanın paytaxtı Mexikoda restoranlar, məktəblər, kinoteatrlar, stadionlar və kilsələr bağlanıb.

«Donuz qripi» ABŞ, Kanada, Yeni Zelandiya, İspaniya, Britaniya və İsraildə də qeydə alınıb.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, bu virusu Meksika daxilində saxlamaq çətin ola bilər, ona görə də onun digər ölkələrdə də yayıla bilməsi istisna deyil. Bunun üçün də qurum bütün ölkələri buna hazır olmağa çağırıb.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.

Günün bütün mövzuları

XS
SM
MD
LG