Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Azərbaycan prezidenti Havier Solana ilə görüşəcək


Aprelin 29-u Brüsseldə səfərdə olan Azərbaycan prezidenti Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havier Solana ilə görüşəcək.

Bu barədə Azadlıq radiosuna Havyer Solananın sözçüsü Cristina Gallak məlumat verib.

Görüşdə enerji əməkdaşlığı və Azərbaycanda aparılan demokratik islahatların gedişi də müzakirə olunacaq. Eyni zamanda Azərbaycanda xarici radioların yayımı məsələsinin də müzakirəsi gözlənilir.

Cristina Gallak bildirib ki, təəssüf ki, indiyədək Azərbaycan hökumətinə olan xahişlərin heç də hamısı yerinə yetirilməyib. Xüsusilə söz azadlığı və media plüralizmi ilə bağlı olan xahişlər. Elə buna görədir ki, mətbuat azadlığı məsələsi Avropa Birliyi ilə Azərbaycan arasında olan danışıqların gündəliyindən çıxarılmır. Gallakın sözlərinə görə AB çox narahatdır ki, Azərbaycanda media plürazlimi ilə bağlı problemlər var. Bu məsələ daim gündəmdədir və nə qədər ki, problemlər həllini tapmayıb gündəmdə də qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG