Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

Yeni Müsavat”: “Gəncənin icra başçısı Eldar Əzizov Bakıya mer gətirilir”


“Yeni Azərbaycan” qəzetindəki “2008-ci ilədək respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılacaq” başlıqlı məqalədə bildirilir ki, Azərbaycanın qaz sektoruna Kanada, İsveçrə, Almaniya, Çin, Yaponiya və digər xarici ölkələrin investorları maraq göstərir. Qaz təsərrüfatı sisteminin yenidən qurulmasında əcnəbi iş adamları hökumətə öz təkliflərini təqdim edib. “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikovun qeyd etdiyinə görə, mövcud infrastrukturun tam əsaslı şəkildə təmiri və yenidən qurulması yaxın illər ərzində başa çatdırılacaq. Ölkənin bütün yaşayış məntəqələrinin qazlaşdırılması 2008-ci ildə mümkün olacaq.


İsrailin Azərbaycandakı səfiri Artur Lenk “Xalq Cəbhəsi” qəzetinin əməkdaşı ilə söhbətində bölgədəki geosiyasi proseslərdən tutmuş, iki ölkə arasındakı münasibətlərə, İranın dünyanı narahat edən addımlarına və başqa bir sıra məsələlərə toxunub. İsrail diplomatının fikrincə, Qərbin İran rəhbərliyinə qarşı irəli sürdüyü əsas tələblərdən biri bu ölkənin xalqı, milli azlıqların, o cümlədən sakinlərin yarıdan çoxunu təşkil edən azərbaycanlıların yaşayışı üçün yaxşı şərait yaratmaqdır. Səfir müsahibəsində onu da vurğulayıb ki, İsrail Azərbaycanın Qarabağ münaqişəsilə bağlı siyasətini tam bəyənir və dəstəkləyir. Artur Lenk hesab edir ki, Ermənistan işğal altında saxladığı əraziləri boşaltmalı və öz evlərindən didərgin düşmüş qaçqınlar doğma yurd-yuvalarına qaytarılmalıdır.


“Yeni Müsavat” qəzetinin əməkdaşı adını açıqlamadığı mənbələrə istinadən xəbər verir ki, yaxın on gün ərzində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov işdən çıxarılacaq. Müəllifin yazdığına görə, onun yerinə Gəncənin icra başçısı Eldar Əzizovun gətiriləcəyi gözlənilir.


XS
SM
MD
LG