Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:46

Oğrular polis məntəqəsindən 46 kq heroin aparıblar


Kosovonun paytaxtı Priştinada polis məntəqəsinin maddi sübutlar saxlanan otağından 46 kilo heroin oğurlanıb.
Polisin dediyinə görə oğrular polis məntəqəsinə yanğın zamanı qaçmaq üçün qoyulan ehtiyat yoldan giriblər.
Oğrular həmçinin 3800 avro da aparıblar.
Müstəntiqlər polis işçilərini dindiriblər, ancaq oğruların kimliyi haqda heç bir məlumat toplaya bilməyiblər.
XS
SM
MD
LG